logo

Silahlı Qüvvələrə Yardım Fonduna 114 milyon manata yaxın vəsait toplanıb

16:56 01-09-2020 | icon 1036
Silahlı Qüvvələrə Yardım Fonduna 114 milyon manata yaxın vəsait toplanıb

Sentyabrın 1-nə olan məlumata əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna  113 milyon 414 min 815,17 manat, 213 min 577,88 ABŞ dolları, 18 min 341 avro və 5000 rubl vəsait yığılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.

Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.