logo

Azərbaycanda daha 126 nəfər koronavirusa yoluxdu,3 nəfər öldü 

16:29 31-08-2020 | icon 2541
Azərbaycanda daha 126 nəfər koronavirusa yoluxdu,3 nəfər öldü 

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 126 yoluxma faktı qeydə alınıb, 144 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 36 min 435 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 33 min 847 nəfər müalicə olunaraq sağalıb, 534 nəfər vəfat edib. Aktiv xəstə sayı 2054 nəfərdir.

Ötən müddət ərzində 922 min 69 test aparılıb. Bugünkü test sayı isə 5042-dir.