logo

Masallıda "Jiquli" piyadanı vuub öldürdü

13:29 31-08-2020 | icon 4228
Masallıda "Jiquli" piyadanı vuub öldürdü

Masallı rayonunda yol qəzası baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 29-u saat 15 radələrində Masallı rayonunun Banbaşı kəndi ərazisində rayon sakini R.Ağayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Şayin Feyzullayevanı vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. 

Masallı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.