logo

“Semaşko”nun direktoru vəzifədən getdi- Yeni təyinatlar oldu

17:11 14-07-2020 | icon 12852
“Semaşko”nun direktoru vəzifədən getdi- Yeni təyinatlar oldu

“Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsə(keçmiş "Semaşko" xəstəxanası) yeni direktor təyin olunub. 

 YeniAvropa xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə  “Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsin direktoru Dadaşov Ədalət İmamcan oğlu öz xahişi ilə tutduğu vəzifədən azad edilib. 

TƏBİB sədrinin digər əmri ilə tibb üzrə fəlsəfə doktoru Qafarov İlham Heydər oğlu xəstəxananın direktoru, Məsimov Hüseyn Məcid oğlu isə direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin edilib.