Azərbaycanın Gürcüstandakı səfirliyi pandemiya səbəbindən tətbiq olunan qadağalar nəticəsində bu ölkəni tərk edə bilməyən vətəndaşlarımızın təxliyəsini davam etdirir.
YeniAvropa xəbər verir ki, 200-ə yaxın vətəndaşımız iyulun 13-də saat saatlarında Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısından avtobuslarla “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınıblar.
Səfirliyin məlumatında qeyd edilib ki, həmin vətəndaşların hamısı testdən keçib və onların heç birində koronavirus aşkarlanmayıb.