logo

Sabiq nazirin anası və həyat yoldaşı dünyasını dəyişdi

19:19 12-07-2020 | icon 2499
Sabiq nazirin anası və həyat yoldaşı dünyasını dəyişdi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri, "İmproteks Şirkətlər Qrupu"nun rəhbəri Füzuli Ələkbərova ağır itki üz verib.

YeniAvropa xəbər verir ki, bu barədəsabiq nazirin qohumları sosial şəbəkədəməlumat paylaşıblar. Bildirilib ki, F.Ələkbərovun anası Rubiyyə Ələkbərova və həyat yoldaşı İradə Ələkbərova  dünyasını dəyişiblər.

"Rubiyyə Ələkbərova və İradə Ələkbərova koronavirusdan vəfat etməyiblər. Rubiyyə Ələkbərova yaşlı qadın idi. İradə xanım isə bir müddət əvvəl koronavirusa yoluxsa da, müalicə olunaraq sağalmışdı. Amma sağaldıqdan sonra insult keçirmişdi və buna görə də həkimlər onun həyatını xilas edə bilmədi", -deyə məlumatda bildirilib.
 
Xatırladaq ki, “İmproteks Qrup” 1992-ci ildən fəaliyyətə başlayıb və Azərbaycanın ilk özəl şirkətlərindən biri hesab edilir. Fizuli Ələkbərov nazir olmazdan öncə, 1992-2006-cı illərdə «İmproteks» şirkətlər rrupunun prezidenti olub. Nazir tətyin edildikdən sonra şirkətin başına xanımı keçib. 
F.Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb.