logo

İranda daha 221 nəfər koronavirusdan ölüb

15:31 09-07-2020 | icon 812
İranda daha 221 nəfər koronavirusdan ölüb

İranda koronavirusa yoluxanların və ölənlərin sayı hər ötən gün daha da artır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari məlumat verib. Onun sözlərinə görə, son sutka ərzində 2079 nəfər virusa yoluxub, 221 nəfər isə vəfat edib. Bununla da yoluxanların ümumi sayı 250 min 458-ə, ölənlərin sayı isə 12 min 305 -ə çatıb. Eyni zamanda, xüsusi xəstəxanalarda müalicə alan 212 min 176 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiyada müalicəsi davam edən 3324 nəfərin vəziyyəti ağır olaraq qalır. Bu isə onu deməyə əsas verir ki, ölüm halları hələ bir müddət davam edəcək.

Mətbuat katibi nəzərə çatdırıb ki, İranın Şərqi və Qərbi Azərbaycan, Kürdüstan, Xorasan, Elam, Kirmanşah və Buşəhər vilayətlərində vəziyyət daha ağırdır.