logo

Azərbaycanın səfiri etimadnaməsini Yaponiya imperatoruna təqdim edib

13:03 09-07-2020 | icon 889
Azərbaycanın səfiri etimadnaməsini Yaponiya imperatoruna təqdim edib

İyulun 8-də Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə etimadnaməsini İmperator Naruhitoya təqdim edib.

YeniAvropa xəbər verir ki,etimadnamənin təqdimatı mərasimi imperator sarayının "Matsu no Ma" otağında keçirilib.

Xatırladaq ki, prezident İlham Əliyevin 2020-ci il martın 12-də imzaladığı sərəncamla Gürsel İsmayılzadə ölkəmizin Yaponiyada səfiri təyin edilib.

Koronavirus pandemiyası ilə əlaqədar Yaponiyada əcnəbi səfirlərin etimadnamələrini imperatora təqdim etməsi mərasimləri martın 17-dən iyunun 24-dək təxirə salınıb. Yalnız həmin tarixdə İiperator Naruhito müvafiq təhlükəsizlik tədbirləri gözlənilməklə altı ölkənin səfirinin etimadnaməsini qəbul edib.