Şəmkir rayon mərkəzindəki bazarda yanğın başlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd edilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.
Hazırda Bakı-Qazax avtomobil yolunun kənarında yerləşən "Səbət Bazarı" adlanan ərazidə yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.