logo

DYP: 1291 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

11:55 23-06-2020 | icon 2394
DYP: 1291 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi iyunun 22-də xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə məlumat yayıb.

İdarədən YeniAvropa-ya bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyunun 22-si saat 00:00-dan iyunun 23-ü saat 00:00-dək olan müddətdə nəqliyyat vasitələri ilə hərəkətdə olan 1029 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 262 nəfər olmaqla ümumilikdə 1291 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Gün ərzində xüsusi karantin rejimi sərtləşdirilmiş inzibati ərazilərin sərhədlərində yerləşən karantin postlarında aparılan yoxlamalar zamanı 175 nəqliyyat vasitəsi paytaxt, 291-i isə rayon istiqamətinə olmaqla 466 avtomobil geri qaytarılıb. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan iki nəfər aşkarlanıb.