logo

Bu gün İspaniyaya 100 aviareys həyata keçiriləcək

16:17 21-06-2020 | icon 441
Bu gün İspaniyaya 100 aviareys həyata keçiriləcək

Bu gün İspaniyaya  Portuqaliya istisna olmaqla, Şengen zonası ölkələri ilə sərhədlərinin açılmasından sonra 100 aviareysin həyata keçirilməsi planlaşdırılıb. 

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə ölkənin nəqliyyat naziri Xose Luis Abalos məlumat verib. Onun sözlərinə görə, iyunun 21-dən başlayaraq İspaniya Portuqaliya istisna olmaqla, Şengen ölkələri üçün sərhədlərini açır. Şengen zonasına daxil olmayan ölkələr üçün isə reyslər iyulun 1-dən başlayaraq tədricən həyata keçiriləcək.

Xose Luis Abalos, həmçinin qeyd edib ki, sərhədlərin əvvəlcə Avropa ölkələri ilə, daha sonra digər ölkələrlə açılışı İspaniya iqtisadiyyatı üçü əsas məsələdir.