logo

DYP: Ezamiyyə sənədi olmayanlar postlardan buraxılmayacaqlar

15:15 20-06-2020 | icon 2093
DYP: Ezamiyyə sənədi olmayanlar postlardan buraxılmayacaqlar

Əgər icazə portalında hansısa şəxs barəsində məlumat yerləşdirilibsə, bu, o demək deyil ki, həmin şəxs inzibati ərazilərdə tətbiq edilmiş sərtləşdirilmiş karantin rejimi zonasından digər rayonlara gedə bilər. Digər rayonlara getmək üçün mütləq ezamiyyə sənədi olmalıdır.

 YeniAvropa xəbər verir ki, bu barədə iyunun 20-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

K.Əliyev bildirib ki, verilən icazələr inzibati ərazilər daxilində qüvvədədir. Həmin şəxslər tətbiq edilmiş sərtləşdirilmiş karantin rejimi zonası olmayan ərazilərə getməyə cəhd etməsinlər. Həmin şəxslər gedib postlarda da sıxlıqlar yaradırlar. Xidməti zərurət olarsa, həmin şəxslər rəhbərlikləri tərəfindən verilən müvafiq ezamiyyə ilə buraxılacaqlar. Ezamiyyə vərəqəsi olan şəxslər karantin postlarından buraxılacaqlar. Ümumiyyətlə, onu da deyim ki, hərəkətinə icazə verilən şəxslərin ezamiyyə vərəqi olmalıdır və ezamiyyə vərəqi olmayanlar postlardan buraxılmayacaqlar. Ezamiyyəyə gedənlər də avtomobildə ailə üzvlərini aparmağa cəhd etməsinlər. Yalnız ezamiyyəsi olan şəxslər postlardan buraxılacaqlar. Avtomobillərdə olan digər şəxslərin rayonlarda və ya əks istiqamətdə qeydiyyat yeri yoxdursa, karantin postlarından buraxılmayacaqlar”.