Beynəlxalq güləş yarışları avqustun 31-dək təxirə salınıb
İyunun 17-də Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclası keçirilib.
YeniAvropa xəbər verir ki, onlayn qaydada baş tutan iclasda Azərbaycan Güləş Federasiyasının prezident əvəzi, UWW-nin Büro üzvü Namiq Əliyev də iştirak edib. Bir neçə saat davam edən iclası giriş nitqi ilə açan ali qurumun prezidenti Nenad Laloviç tədbir iştirakçılarını salamladıqdan sonra pandemiyaya görə, yaranmış vəziyyətə toxunub və yarışları bərpa edən ilk beynəlxalq federasiyalardan biri olmaq üçün çalışdıqlarını dilə gətirib.
İclasda bir çox məsələlər, müxtəlif yarışlar, o cümlədən gələn il keçirilməsi nəzərdə tutulan Tokio Olimpiadası müzakirə olunub.
2022-ci ildə Dakarda reallaşacaq yeniyetmələrin Olimpiadasının proqramında yunan-Roma güləşinin yer almayacağı, sərbəst və qadın güləşinin 5 çəkidə təmsil olunacağı diqqətə çatdırılıb. Bundan əlavə, ilk dəfə çimərlik güləşi Olimpiya növü kimi təsdiqlənib. Dakardakı oyunlarda güləşin bu növündə sərbəst və qadın güləşi üzrə 4 çəkidə mübarizə baş tutacaq. İclasda, həmçinin İcraiyyə Komitəsinə yeni namizədlər də təqdim olunub.
Maraqla gözlənilən məqam təxirə salınan və qarşıdan gələn yarışların təqvimi ilə bağlı çıxarılacaq qərar idi. UWW daha öncə pandemiya ilə əlaqədar bütün beynəlxalq yarışları iyulun 1-dək təxirə salmışdı. Yeni qərarla bu müddət avqustun 31-dək uzadılıb. On beş yaşadək güləşçilərin qitə birinciliyi və veteranların dünya çempionatının risk ehtimalı nəzərə alınmaqla, bu il keçirilməməsinə qərar verilib. Yeniyetmələr, gənclər və 23 yaşadək gənclər arasında analoji yarışlar üçün sentyabrın 1-dən oktyabrın əvvəlinədək keçirilmə müddəti müəyyənləşdirilib. Yeniyetmələrin dünya çempionatı da bu il keçirilməyəcək. Buna səbəb payızda məktəblərdə yeni tədris ilinin başlanmasıdır. Gənclərin mundialının oktyabrda, 23 yaşadək gənclərin analoji yarışının isə noyabrda keçirilməsi planlaşdırılır.
Bu il böyüklərin dünya çempionatının da təşkil olunmaq ehtimalı var. Son vəziyyət təhlil ediləcək və şərait uyğun olsa, dekabrda mundial baş tutacaq.
Bundan başqa, 2022-ci ildə U-23 dünya çempionatını keçirmək üçün iki şəhərin namizədliyi təsdiqlənib. Bunlar Xorvatiyanın paytaxtı Zaqreb və İspaniyanın Pontevedra şəhərləridir.
Qeyd edək ki, bu il keçirilməsi nəzərdə tutulan yarışlarla bağlı yekun qərar avqustun əvvəllərində UWW-nin növbəti iclasında veriləcək.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır