Bölgələrdə yaşayan 4000-dən çox ailə "Azercell"dən dəstək aldı!
“Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə həssas təbəqədən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində təşəbbüslərini əsirgəmir və aztəminatlı ailələrə dəstəyini davam etdirir. Belə ki, şirkət karantin dövründə müqəddəs Ramazan ayının dördüncü həftəsində də bölgələrdə yaşayan 1000-dən çox xüsusi diqqət və qayğıya ehtiyacı olan ailəyə ərzaq yardımı göndərib. Bununla da, ümumilikdə Ramazan ayı boyu bölgələrdə sosial təcrid şəraitində yaşayan həssas kateqoriyalardan olan 4000-dən çox ailəyə ərzaq məhsullarından ibarət sovqat paylanıb.
YeniAvropa xəbər verir ki, "Azercell"in bu xeyriyyə layihəsindən Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Gəncə, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, Xızı, Naftalan, Xocalı, Zəngilan, Şuşa, Kəlbəcər sakinləri yararlanıblar. Sovqatlar Azərbaycan Respublikası Nəqliyyat, Rabitə vəYüksəkTexnologiyalar Nazirliyinin “Azərpoçt” MMC ölkə boyu müxtəlif ünvanlara çatdırıb. Aztəminatlı ailələrin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunub.
Xatırladaq ki, Novruz bayramı münasibətilə və koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində “Azercell Telekom” MMC həssas qrup kateqoriyadan olan insanlara qayğı və dəstək məqsədilə “Regional İnkişaf” İctimaiBirliyi (RİİB) ilə birlikdə I-ci qrup əlilliyə görə sosial müavinət alan ailə üzvü olan 6000-ə yaxın aztəminatlı ailəyə bayram sovqatı paylamışdı.
Eyni zamanda, lider mobil operator tərəfindən həyata keçirilən aksiyaların davamı olaraq "Azercell" əməkdaşları da xeyirxah təşəbbüsə qoşularaq öz töhfələrini veriblər. Belə ki, xüsusi karantin rejiminin tətbiq olunduğu bu müddət ərzində şirkət əməkdaşlarından ibarət “Azercellkönüllüləri” dəstəyə ehtiyacı olan ailələri ziyarət edərək onları ərzaq məhsulları ilə təmin ediblər.
Qeyd edək ki, “Azercell Telekom” MMC COVID-19 pandemiyası dövründə bir çox sosial layihə və xeyriyyə aksiyaları gerçəkləşdirib.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır