logo

Oğuzda 12 yaşlı Cəbrayııl meşədə ayı parçaladı

11:12 22-05-2020 | icon 224
Oğuzda 12 yaşlı Cəbrayııl meşədə ayı parçaladı

Oğuz rayonunda 12 yaşlı Cəbrayılın meşədə itkin düşməsi faciəli yekunlaşıb.

YeniAvropa xəbər verir ki,ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında, meşəlik ərazidə 2008-ci il təvəllüdlü Məmmədli Cəbrayıl Vüsal oğlunun itkin düşməsi barədə məlumat daxil olub. Nazirliyin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd edilən əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Aparılan axtarışların nəticəsində itkin düşən Cəbrayılın parçalanmış meyiti tapılıb. Onu ayının parçaladığı ehtimal olunur. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin tapıldığı əraziyə yollanıb. 

Yeniyetmənin hansı şəraitdə meşədə itkin düşdüyü məlum deyil. 

Rəsmi məlumat daha sonra veriləcək.