logo

Maştağada narkotik tərkibli bitki becərən şəxs saxlanılıb

18:49 21-05-2020 | icon 259
Maştağada narkotik tərkibli bitki becərən şəxs saxlanılıb

Daxili işlər orqanlarının əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri uğurla davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Maştağa qəsəbə sakini M.Bağırovun həyətyanı sahəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş 43 çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.