logo

Rüstəm Usubov işdən çıxarıldı: Baş prokurorun yeni müavinləri bəlli oldu

15:41 21-05-2020 | icon 2464
Rüstəm Usubov işdən çıxarıldı: Baş prokurorun yeni müavinləri bəlli oldu

Baş prokuror Kamran Əliyevə yeni müavinlər təyin olunub.

 YeniAvropa xəbər verir ki,prezident İlham Əliyevin sərəncamı ilə Elçin Məmmədov baş prokurorun birinci müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bu günədək baş prokurorun birinci müavini Rüstəm Usubov olub. O, bu vəzifədə 2005-ci ildən çalışıb.

Baş prokurorun digər müavinləri isə Elmar Camalov və Nazim Rəcəbov təyin ediliblər.

 Bildirilir ki, N. Rəcəbov, həmçinin, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri vəzifəsini yerinə yetirəcək.
Bundan əvvəl isə həmin vəzifəni baş prokuror təyin edilən kamran Əliyev icra edib. 

Xatırladaq ki, bu təyinatlara qədər Elçin Məmmədov Lənkəran, Elmar Camalov isə Mingəçevir şəhər prokuroru vəzifəsində çalışıblar. N. Rəcəbov isə Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi olub. APA