logo

Kəmaləddin Heydərov dünənki avtoqəzasından danışıb (VİDEO)

12:10 21-05-2020 | icon 294
Kəmaləddin Heydərov dünənki avtoqəzasından danışıb (VİDEO)

Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərov baş verən qəzadan danışıb.

 YeniAvropa xəbər verir ki, hadisə barədə  "unikal.org"a danışan nazir hər şeyin qaydasında olduğunu bildirib: “Yayılan görüntülərdə hər şeyi gördünüz. Nə isə olsaydı, onu da görərdiniz. Baş verən qəzada xəsarət alan olmayıb. Bir şey olsaydı, deyərdim!. Hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm. Çox sağ olun”.

  

 

Xatırladaq ki, avtoqəza ötən gün günorta saatlarında Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində qeydə alınıb.
 
İlkin olaraq yayılan məlumatlarda avtoqəzanın məhz fövqəladə hallar naziri Kəmaləddin Heydərovun xidməti maşını tərəfindən törətdildiyi bildilirdi. Hadisə zamanı nazir Kəmaləddin Heydərovun özünün də avtomobildə olduğu, mühafizəçilərin dərhal naziri başqa bir maşına hadisə yerindən uzaqlaşdırdığı, qısa zamanda nazirliyin avtomobilinin alovlandığı bildirilirdi.