Mayın 31-i qısaldılmış iş günü olacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 may tarixli 177 nömrəli qərarının tətbiqi ilə əlaqədar izahat yayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən YeniAvropa-ya bildiriblər ki, həmin qərara əsasən Ramazan bayramı və xüsusi karantin rejimi ilə əlaqədar olaraq iş və istirahət günlərinin ardıcıllığının təmin edilməsi məqsədilə həm beşgünlük, həm də altıgünlük iş həftəsində çalışanlar üçün 2020-ci ilin 23-30 may dövrü üçün bayram, istirahət və əməkhaqqı saxlanılmaqla qeyri-iş günləri müəyyən edilib.
Bununla əlaqədar olaraq əməkhaqqı ödənişlərinin düzgün aparılması üçün iş vaxtı tabellərində həmin günlər aşağıdakı kimi qeyd edilməlidir:
Tarixlər |
Beşgünlük iş həftəsi |
Altıgünlük iş həftəsi
|
23 may |
İstirahət günü
|
Ödənişli qeyri-iş günü (xüsusi iş(əmək) rejimi ilə bağlı) |
24 may |
Bayram günü |
Bayram günü |
25 may |
Bayram günü |
Bayram günü |
26 may |
İstirahət günü |
İstirahət günü |
27 may |
İstirahət günü |
İstirahət günü |
28 may |
Bayram günü |
Bayram günü |
29 may |
Ödənişli qeyri-iş günü (xüsusi iş(əmək) rejimi ilə bağlı) |
Ödənişli qeyri iş günü (xüsusi iş(əmək) rejimi ilə bağlı) |
30 may |
İstirahət günü |
Ödənişli qeyri-iş günü (xüsusi iş(əmək) rejimi ilə bağlı) |
Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 may tarixli 177 nömrəli qərarının 2.2-ci bəndinə əsasən 2020-ci ilin istehsalat təqvimi dəyişmədiyi üçün may ayı üzrə aylıq iş vaxtı norması, eləcə də bu il üzrə orta aylıq iş vaxtı norması, həmçinin bundan irəli gələrək saatlıq (gündəlik) tarif (vəzifə) maaşları əməkhaqlarının hesablanmasında dəyişdirilmir. Qərarla 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirildiyi və 27 may tarixi qısaldılmış iş günü olduğu üçün Qərarın 2.2-ci bəndi nəzərə alınmaqla 2020-ci ilin 31 may tarixi qısaldılmış iş günü olacaq.
Fasiləsiz xidmət sahələrində istehsalat zərurəti ilə əlaqədar olaraq beşgünlük və altıgünlük iş həftəsində çalışan işçilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 may tarixli 177 nömrəli qərarı ilə müəyyən edilmiş qeyri-iş günlərində (29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri) işə cəlb edildikdə xüsusi əmək (iş) rejiminin tətbiq edilməsi ilə əlaqədar olaraq, həm dövlət büdcədən maliyyələşdirilən, həm də özəl sektorda işləyənlərə həmin günlər üçün əlavə əməkhaqqının və ya istirahət gününün verilməsi nəzərdə tutulmur. Özəl sektorda həmin günlərə görə əlavə əməkhaqqının və ya istirahət gününün verilməsi məsələsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsi rəhbər tutularaq işəgötürənin mülahizəsi əsasında əmək normalarının yaxşılaşdırılması halı olaraq baxıla bilər.
Növbəli iş rejimində çalışan işçilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 may tarixli 177 nömrəli qərarı ilə müəyyən edilmiş qeyri-iş günlərində (29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri) işlədikdə həm dövlət büdcəsindən maliyyələşdirilən, həm də özəl sektorda işləyənlərə həmin günlər üçün əlavə əməkhaqqının və ya istirahət gününün verilməsi nəzərdə tutulmur. Özəl sektorda həmin günlərə görə əlavə əməkhaqqının və ya istirahət gününün verilməsi məsələsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsi rəhbər tutularaq işəgötürənin mülahizəsi əsasında əmək normalarının yaxşılaşdırılması halı olaraq baxıla bilər.
Xüsusi iş (əmək) rejimi ilə əlaqədar müəyyən edilmiş qeyri-iş günləri ilə əlaqədar nəzərə alınmalıdır ki, istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz. İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır