logo

Azərbaycan-Gürcüstanın ticarət dövriyyəsi artıb

14:12 19-05-2020 | icon 280
Azərbaycan-Gürcüstanın ticarət dövriyyəsi artıb

Cari ilin yanvar-aprel aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 367 milyon ABŞ dollarından çox olub. Bu da ötən ilik müvafiq dövrü ilə müqayisədə 1,38 faiz çoxdur.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb. Bildirilir ki, Gürcüstanın ümumi ticarət dövriyyəsində Azərbaycanın payı isə 10,6 faiz olub. Bu göstərici ilə Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında üçüncü yerə yüksəlib.

Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında Türkiyə birinci, Rusiya isə ikinci yerdə qərarlaşıb.