Prokurorluq orqanlarında kadr islahatları davam edir
Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Elnur Musayev tutduğu vəzifədən azad edilərək baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi vəzifəsinə təyin olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov sosial şəbəkədə məlumat yayıb.
Bildirib ki, Elnur Musayev Bakı Dövlət Universitetinin, Böyük Britaniyanın Şeffild Universitetinin hüquq fakültələrini və Beynəlxalq Antikorrupsiya Akademiyasını fərqlənmə ilə bitirərək ikinci magistr dərəcəsini qazanıb.
O, 1998-ci ildən prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən 2005-2020-ci illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində böyük prokuror vəzifəsində işləyib.
Beynəlxalq ekspert qismində BMT-nin, Avropa Şurasının və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) monitorinq mexanizmlərində 14 ölkənin, o cümlədən Meksika, Norvec, Polşa, Rumıniya, Serbiya, Ukrayna və digər ölkələrin monitorinqini həyata keçirmişdir. Avropa Şurasının çirkli pulların yuyulması sahəsində Moneyval mexanizmi çərçivəsində Xorvatiya üzrə montorinq eksperti seçilmişdir. Avropa Birliyinin Tvinninq layihəsinin əlaqələndicisi olmuş, Avropa Şurasının bir neçə beynəlxalq layihəsini həyata keçirib.
Peşəkar fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə dövlət təltiflərinə layiq görülmüşdür. İngilis, fransız və rus dillərini sərbəst bilir.
Baş prokurorun digər əmri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Müabrizə Baş İdarəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Emin Nəsibov tutduğu vəzifədən azad edilərək Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyin olunub.
Emin Nəsibov Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və həmin universitetin cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisası üzrə magistr pillələrində təhsil alıb.
O, 2010-cu ildən prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən 2019-cu ildən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində böyük prokuror vəzifəsində işləyib.
Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində İtaliyanın məhkəmə sistemində korrupsiyaya qarşı mübarizə üzrə təcrübənin öyrənilməsi, Avropa İttifaqının Əmlakın bərpası üzrə Qurumların Platforması tərəfindən təşkil edilən virtual valyutalar üzrə təlimlərdə, habelə bir sıra beynəlxalq tədbirlərdə fəal iştirak edib.
Hazırda Beynəlxalq Antikorrupsiya Akademiyasında Antikorrupsiya Təlimləri üzrə magistr proqramı üzrə təhsilini davam etdirir. İngilis və rus dillərini sərbəst bilir.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır