logo

Sabahdan vətəndaşlar “ASAN xidmət”dən necə istifadə edəcək?

13:27 17-05-2020 | icon 280
Sabahdan vətəndaşlar “ASAN xidmət”dən necə istifadə edəcək?

18 may tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu yenə də əvvəlcədən onlayn növbə tutmaqla həyata keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə “ASAN xidmət”dən məlumat verilib.

Qeyd edilib ki, növbə tutmaq üçün “ASAN xidmət” mobil təbiqi  "iOS" və "Android" əməliyyat sistemlərinə yüklənilir.

Eyni zamanda, "www.asan.gov.az" saytındakı “Onlayn növbə” funksional bölməsi vasitəsilə və "108 Çağrı Mərkəzi"nə zəng etməklə növbə götürülə bilər.

"Bir daha hər kəsi mərkəzlərdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq",-deyə məlumatda bildirilib.