logo

Türkiyədə koronavirusdan daha 41 nəfər dünyasını dəyişib

20:58 16-05-2020 | icon 2450
Türkiyədə koronavirusdan daha 41 nəfər dünyasını dəyişib

Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirləri nəticəsində gündəlik yoluxma və ölüm hallarında azalma davam etməkdədir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mayın 16-da ölkə üzrə 42 min 236 nəfər testdən keçirilib. Onlardan 1610 nəfər xəstə çıxıb. Gün ərzində 2004 nəfər sağalıb, 41 nəfər dünyasını dəyişib. Beləliklə, adıçəkilən infeksiyadan sağalanlar 108 min 137, ölənlərin sayı isə 4 min 96 nəfərə çatıb.

Qeyd edək ki, Türkiyədə mayın 16-da yerli vaxtla saat 00.00-dan etibarən növbəti dörd gün müddətinə məcburi qaydada tətbiq olunan “evdə qal” məhdudiyyəti (komendant saatı) qüvvəyə minib. Növbəti məcburi “evdə qal” məhdudiyyətinin Ramazan bayramında tətbiq ediləcəyi gözlənilir.