logo

Azərbaycanda toyların təşkilinə  sentyabradək icazə verilməyəcək

23:17 15-05-2020 | icon 287
Azərbaycanda toyların təşkilinə  sentyabradək icazə verilməyəcək

"Azərbaycanda toyların təşkilinə yalnız sentyabrda icazə verilə bilər".

YeniAvropa xəbər verir ki, bu barədə TƏBİB İdarə heyətinin rəhbəri Ramin Bayramlı bu gün keçirilən brifinqdə məlumat verib. 

"Karantin müddətində koronavirusa yoluxma hallarının sayından, sanitar epidemioloji durumdan asılı olaraq Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilər. Bu da yaşadığımız ilin sentyabrından tez olmayacaq", - deyə Ramin Bayramlı bildirib.

Xatırladaq ki, mayın 18-dən etibarən Azərbaycanda karantin rejiminin bəzi müddəaları ilə bağlı yumşalmalar ediləcək.Kafe və restoranlar açılacaq. Amma 10 nəfərdən artıq insanın kafe və restoranlara yığışmasına dair qadağa aradan götürülməyib.