logo

Yol polisi ötən gün  karantin rijimini pozan 639 sürücünü cərimələyib

12:29 14-05-2020 | icon 259
Yol polisi ötən gün  karantin rijimini pozan 639 sürücünü cərimələyib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar mayın 13-ü saat 00:00-dan mayın 14-ü saat 00:00-dək olan müddətdə DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

İdarədən YeniAvropa-ya bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə mayın 13-ü saat 00:00-dan mayın 14-ü saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 639 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 53 min 219 nəfər hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.