logo

Prezident İlham Əliyev Qusar rayonuna 652 min manat ayırdı

11:55 14-05-2020 | icon 2107
Prezident İlham Əliyev Qusar rayonuna 652 min manat ayırdı

Prezident İlham Əliyev  mayın 14-də "Qusar rayonunda həyətyanı sahələrin və əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamla Qusar rayonunun Zuxul kəndində həyətyanı sahələrin və əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 652 000,0 (altı yüz əlli iki min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.