logo

Ötən gün xüsusi karantin rejimini pozan 341 sürücü cərimələnib

10:12 13-05-2020 | icon 1988
Ötən gün xüsusi karantin rejimini pozan 341 sürücü cərimələnib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ötən gün xüsusi karantin rejimini pozan şəxslərin sayını açıqlayıb.

İdarədən YeniAvropa-ya bildiriblər ki, ölkədə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə mayın 12-si saat 00:00-dan mayın 13-ü saat 00:00-dək olan müddətdə respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 341 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub.