logo

Səfirin məqaləsini "oğurlayıb" özünə kitab yazan keçmiş nazir öldü

19:30 10-05-2020 | icon 2261
Səfirin məqaləsini "oğurlayıb" özünə kitab yazan keçmiş nazir öldü
Sabiq rabitə naziri Nadir Əhmədov vəfat edib.
YeniAvropa xəbər verir ki, bu barədə mərhumun yaxınlarıməlumat verib. Bildirilib ki, o, bu gün səhər dünyasını dəyişib. 
Qeyd edək ki, N. Əhmədov 1997-2004-cü illərdə rabitə naziri vəzifəsində çalışıb.
Nadir Əhmədov sabah dəfn ediləcək.
Xatırladaq ki, Nadir Əhmədov ötən il bir qalmaqalla mətbuatın gündəminə gəlmişdi. Belə ki, keçmiş rabitə naziri Azərbaycanın Macarıstandakı səfiri, sabiq xarici işlər naziri, ədəbiyyatşünas alim Vilayət Quliyevin
 
"Türk ordusunun azərbaycanlı generalları" adlı məqaləsi əsasında "İblis xislətli erməni" kitabını yazmışdı.
Səfir isə sabiq naziri "oğurluqda" ittiham etmişdi.