logo

Teymur Rəcəbov iMillətlər Kubokunda ilk qələbəsini qazanıb

19:50 09-05-2020 | icon 539
Teymur Rəcəbov iMillətlər Kubokunda ilk qələbəsini qazanıb

Şahmat üzrə Millətlər Kuboku turnirində qrossmeyster Teymur Rəcəbov ilk qələbəsini qazanıb.

 YeniAvropa xəbər verir ki, azərbaycanlı qrossmeyster T.Rəcəbov mübarizə apardığı dünya yığmasının heyətində günün ilk qarşılaşmasında - turnirin doqquzuncu turunda Vladislav Artyomova qalib gəlib. Onun komandası isə Rusiya yığması ilə qarşılaşmanı heç-heçə başa vurub. Turun digər görüşlərində Avropa yığması ABŞ millisinə, Çin komandası Hindistan seçməsi 2,5:1,5 hesabla qalib gəliblər.

Onuncu turda isə dünya yığması Avropa komandasını sınağa çəkəcək. Bundan başqa isə Rusiya-Hindistan, Çin-ABŞ görüşləri də keçiriləcək.

Qeyd edək ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.