logo

İlham Əliyev Vladimir Putini Qələbə bayramı münasibətilə təbrik etdi 

13:08 09-05-2020 | icon 2303
İlham Əliyev Vladimir Putini Qələbə bayramı münasibətilə təbrik etdi 

Mayın 9-da prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə telefonla zəng edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Prezident İlham Əliyev Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə Rusiya prezidentini və dost Rusiya xalqını təbrik edib.

Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində, bayram münasibətilə prezidentə və dost Azərbaycan xalqına təbriklərini çatdırıb.

Dövlət başçıları koronavirusla mübarizə istiqamətində görülən işlər və ölkələrimizin bu sahədə əməkdaşlığı barədə fikir mübadiləsi aparıblar.

Telefon söhbəti zamanı Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələlər müzakirə edilib.