logo

Müdafiə Nazirliyinin rəhbərliyi maaşlarının yarısını KMDF-ya köçürdü

11:46 23-03-2020 | icon 2219
Müdafiə Nazirliyinin rəhbərliyi maaşlarının yarısını KMDF-ya köçürdü

Müdafiə Nazirliyinin rəhbərliyi bir aylıq pul təminatının 50 faizi həcmində vəsaiti Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

YeniAvropa xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.