logo

Lənkəranda narkotacir saxlanılıb

15:39 21-03-2020 | icon 238
Lənkəranda narkotacir saxlanılıb

Lənkəran rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinindən ümumilikdə 2 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Nahid Nurullayev saxlanılıb.

Onun üzərinə keçirilən axtarış zamanı 14 qram tiryək, 10 qram heroin və 1 qram psixatrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq N.Nurullayevin yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram tiryək, 895 qram qurudulmuş marixuana, 28 qram heroin, 1,6 qram metamfetamin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkarlanıb.

Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırmalar aparılır.