logo

PKK terror təşkilatının qadın bölməsinin rəhbəri məhv edilib

20:33 20-03-2020 | icon 266
PKK terror təşkilatının qadın bölməsinin rəhbəri məhv edilib

PKK terror təşkilatının qadın bölməsinin rəhbəri olan təhlükəli terrorçu Qəndil dağlarında məhv edilib.

YeniAvropa Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Ayten Amed ləqəbli terrorçu Halide Tarı Türkiyə Silahlı Qüvvələri ilə Milli Təhlükəsizlik Təşkilatının İraqın şimalında keçirdiyi xüsusi antiterror əməliyyatı nəticəsində məhv edilib. Bildirilir ki, 1990-cı illərdən PKK sıralarına daxil olan bu qadın təhlükəli terrorçu kimi çoxistiqamətli fəaliyyət göstərib. O, PKK-nın aparıcı simaları ilə daim təmasda olub, terror təşkilatının mühüm tapşırıqlarını icra edib.