logo

Putin koronavirus testindən keçib

16:59 18-03-2020 | icon 259
Putin koronavirus testindən keçib

Rusiya prezidenti Vladimir Putin koronavirus testindən keçib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

 “Prezidentin qorunması üçün lazım olan hər şey edilir",-deyə mətbuat katibi vurğulayıb. .

Dmitri Peskov, həmçinin özünün də koronavirus testindən uğurla keçdiyini bildirib. Onun sözlərinə görə, prezidentin iştirak etdiyi tədbirləri təşkil edən bütün işçi heyət də müvafiq analizlər veriblər.

Xatırladaq ki, son məlumatlara görə,  Rusiyada 147 nəfərdə koronavirus aşkarlanıb.