logo

Ərdoğan koronavirusa görə fövqəladə toplantı keçirdi

15:50 18-03-2020 | icon 2436
Ərdoğan koronavirusa görə fövqəladə toplantı keçirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə “Koronavirusla mübarizə tədbirləri” mövzusunda toplantı keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Rəcəb Tayyib Ərdoğan fövqəladə xarakter daşıyan toplantıdan əvvəl açıqlama verib. COVID-19 infeksiyası ilə bağlı Türkiyədəki vəziyyətin nəzarət altında olduğunu diqqətə çatdıran dövlət başçısı bildirib ki, toplantıda yeni koronovirusun yaratdığı risklər, onun iqtisadiyyata təsiri, yarana biləcək digər fəsadların qarşısının alınması yolları və s. məsələlər müzakirə olunacaq.