logo

Avropadan gələn daha 120 Azərbaycan vətəndaşı karantinə alındı

14:50 16-03-2020 | icon 280
Avropadan gələn daha 120 Azərbaycan vətəndaşı karantinə alındı

Azərbaycanın Gürcüstandakı səfirliyi Avropadan Türkiyə və Gürcüstan ərazilərindən keçməklə ölkəmizə qayıtmaq istəyən daha 120 vətəndaşımıza lazımi kömək göstərib.

 YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, martın 16-da Avropa ölkələrindən gələn daha 120 nəfər Azərbaycan vətəndaşı səfirliyin təşkilatçılığı ilə Türkiyə ilə Gürcüstan arasındakı “Sarp” sərhəd-keçid məntəqəsindən xüsusi avtobuslarla, yerli polisin müşayiəti ilə “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə gətirilib.

Bildirilib ki, həmin şəxslər xüsusi müayinədən keçiriləcək və zərurət yaranarsa, 14-28 günlük karantin rejimində saxlanılacaqlar.

Qeyd edək ki, martın 15-də daha 60 vətəndaşımız səfirliyin dəstəyi ilə Azərbaycana qayıdıb.

Məlumat üçün bildirək ki, səfirlikdə “qaynar xətt” yaradılıb. Telefon nömrəsi: +995- 577-06-50-50