logo

Avropadan Gürcüstan üzərindən Azərbaycana gələn 30 vətəndaşımız karantinə alındı

23:15 15-03-2020 | icon 2079
Avropadan Gürcüstan üzərindən Azərbaycana gələn 30 vətəndaşımız karantinə alındı

Azərbaycanın Gürcüstandakı səfirliyi Avropa ölkələrindən Türkiyə və Gürcüstan ərazilərindən keçməklə ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımıza lazımı köməkliyi davam etdirir.

YeniAvropa xəbər verir ki, martın 15-də Avropadan gələn daha 30 nəfər Azərbaycan vətəndaşı səfirliyin təşkilatçılığı ilə Türkiyə-Gürcüstan “Sarp” sərhəd-keçid məntəqsindən xüsusi avtobuslarla “Qırmızı körpü” sərhəd keçid məntəqəsinə gətirilib.

Bildirilib ki, həmin şəxslər xüsusi müayinədən keçiriləcək və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaqlar.

Qeyd edək ki, bundan əvvəl də 30 nəfər vətəndaşımız səfirliyin dəstəyi ilə Azərbaycana qayıdıb.

Xatırladaq ki, bu məqsədlə Azərbaycanın Gürcüstandakı səfirliyində “qaynar xətt” yaradılıb: +995- 577-06-50-50