logo

Türkiyədə koronavirusa görə məktəblər tətilə buraxıldı

20:15 12-03-2020 | icon 2436
Türkiyədə koronavirusa görə məktəblər tətilə buraxıldı

Türkiyənin Prezident Administrasiyasında "COVID-19" infeksiyası ilə bağlı toplantı keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən toplantının qərarları prezidentin müşaviri İbrahim Kalın tərəfindən ictimaiyyətə çatdırılıb.

Müşavir məlumat verib ki, martın 16-dan etibarən ölkədə bütün ibtidai və orta məktəblər, eləcə də liseylər tətilə buraxılır. Hələlik tətilin bir həftə olması nəzərdə tutulub.

Tətildən sonra dərslər daha bir həftə müddətinə internet və televiziya kanalları vasitəsilə veriləcək. Universitetlərdə tətil müddəti martın 16-dan etibarən 3 həftə olacaq.

 

Bundan başqa idman yarışları tamaşaçılar olmadan keçiriləcək. Dövlət başçısının xarici ölkələrə səfərləri bir müddət təxirə salınacaq.