logo

İlham Əliyev Ukrayna, Yaponiya və Çexiyaya yeni səfirlər təyin etdi

13:33 12-03-2020 | icon 273
İlham Əliyev Ukrayna, Yaponiya və Çexiyaya yeni səfirlər təyin etdi

Prezident İlham Əliyev martın 12-də bir sıra ölkələrə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfirlərinin təyin edilməsi haqqında sərəncamlar imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidentin imzaladığı sərəncamlarla Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada, Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada , Adış Sakit oğlu Məmmədov isə Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfirləri təyin ediliblər.