logo

VIII Qlobal Bakı Forumu təxirə salındı

14:57 10-03-2020 | icon 469
VIII Qlobal Bakı Forumu təxirə salındı

Martın 12-dən 14-dək Bakıda VIII Qlobal Bakı Forumunun keçirilməsi təxirə salınıb. 

YeniAvropa xəbər verir ki, bu barədə tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildirilib. Qeyd edilib ki, Forumun ilin ikinci yarısında keçiriləcəyi planlaşdırılır. 

Tədbirin təxirə salınmasınını səbəbi açıqlanmasa da, bununu dünyada yayılmış koronovirusla əlaqılındirildiyi ehtimal olunur. 

Qeyd edək ki, builki forumun “2020-2030: Yeni onilliyin çağırışı və imkanları” mövzusunda keçiriləcəyi planlaşdırılırdı

Xatırladaq ki, indiyədək  Bakı Forumları bir qayda olaraq mart ayında keçirilib. VII Qlobal Bakı Forumu ötən il martın 14-dən 16-dək keçirilib. Forumun rəsmi açılış mərasimində prezident İlham Əliyev çıxış edib.

VII Qlobal Bakı Forumunun işində 55 ölkədən 500-dən çox nümayəndə iştirak edib. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən Foruma hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər toplaşıblar. Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə edilib.