Prezident İlham Əliyev martın 9-da Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir:
"Aqil Sadıq oğlu Məmmədov Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".
Qeyd edək ki, A.Məmmədov fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilib.