logo

Sabah Bakıda 15° isti olacaq

12:39 09-03-2020 | icon 2170
Sabah Bakıda 15° isti olacaq

Ölkə ərazisində martın 10-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7°, gündüz 10-15° isti, Bakıda gecə 5-7°, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 769 millimetr civə sütunundan 775 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8°, gündüz 15-20° isti, dağlarda gecə 0-5°, gündüz 10-15° isti olacaq.