logo

Bakıda "8 Marş-Bizimdir hürr küçələr” şüarı ilə feministlərin aksiyası olub

15:45 08-03-2020 | icon 315
Bakıda "8 Marş-Bizimdir hürr küçələr” şüarı ilə feministlərin aksiyası olub

Martın 8-də yerli vaxtla saat 15:00 radələrində paaytaxtın "Fəvvarələr" meydanında "8 Marş – Bizimdir hürr küçələr” şüarı ilə feminist qadınlar aksiya keçiriblər.

 YeniAvropa xəbər verir ki, aksiya iştirakçıları qadın hüquq və azadlıqları ilə bağlı plakatlar qaldırıblar. Aksiya razılaşdırılmadığından polis aksiyaçıların "Fəvvarələr" meydanından Nizami küçəsinə gedişinə mane olub.

Aksiya iştirakçıları qarşısında canlı səddlər quran polislər qadınlardan plakatları alıblar. İştirakçılar keçmiş "Malakan" bağı istiqamətində hərəkət etsələr də, sonradan əlavə polis qüvvələrinin cəlb edilməsi ilə aksiyanın qarşısı alınıb. Bir neçə nəfərin saxlanıldığı haqda məlumatlar var.

Qeyd edək ki, 8 Mart -Beynəlxalq Qadınlar Günü ilə əlaqədar bir sıra postsovet respublikalarında da qadın hüquqları ilə bağlı aksiyalar keçirilib. Rusiyanın bir sıra şəhərlərində keçirilən aksiyalarda qadınlara qarşı zorakılıqlar olub. Qırğızıstanın paytaxtı Bişkekdən qadınlara hüquq istəyən aksiya iştirakçıları saxlanılıblar.

Xatırladaq ki, iki gün əvvəl Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Feminist Hərəkatının martın 8-də saat 15-də Bakıda, Nizami küçəsindən "Kolorit" kafesinin qarşısına qədər yürüş keçirmək üçün müraciətinə mənfi cavab verib. Meriya yürüşün təşkilatçılarına alternativ yer olaraq martın 8-də Bakıdan 20 kilometr aralıda, Qaradağ rayonu, Lökbatan qəsəbəsində marşrut təklif edib