logo

Erkin Qədirli: "8 məntəqə ləğv edilsə belə, yenə də qalibəm"

12:59 12-02-2020 | icon 2681
Erkin Qədirli: "8 məntəqə ləğv edilsə belə, yenə də qalibəm"

 8 məntəqədə səsvermənin nəticələri ləğv olunarsa belə , yenə də qalib mən olacağam. 

 YeniAvropa xəbər verir ki, bu barədə “REAL”çı Erkin Qədirl sosial şəbəkədə paylaşım edib. Hüquqşünas qeyd edib ki, bu gün səhər ATƏT-in uzunmüddətli müşahidəçiləriylə görüşüb. Görüş ATƏT nümayəndələrinin istədiyi ilə onların ofisində baş tutub: “Hər şeyi onlara dedim və göstərdim. MSK-ya şikayətimin nüsxəsini də onlara verdim. Bu arada, şikayət etdiyim və nəticələrinin ləğv olunmasını xahiş etdiyim məntəqələrin sayı 5-dən 8-ə yüksəldi (daha 3 məntəqədə pozuntuların olduğunu sonradan gördüm). Müşahidəçilərimizin aktlarını, aldığım səslərin gerçək sayıyla MSK-nın elan etdiyi səslər arasında fərqi, eləcə də başqa sübutları şikayətimə əlavə etdim”.

 E. Qədirli bildirib ki, sözügedən 8 məntəqənin nəticələri ləğvi ümumi nəticəni dəyişə bilməz: “Bu məntəqələrin nəticələri ləğv olunarsa, yerdə qalan səslərlə mən yenə də udmuş sayılaram. Qanuna görə, məntəqələrin 2/5-sinin nəticələri ləğv olunarsa, dairənin nəticələri ləğv olunmalıdır. Mənim dairəmdə məntəqələrin 2/5-sinin sayı 12-dir. Mən 8 məntəqədən şikayət edirəm. Orada səsverməyə gəlmiş seçicilərin sayını artırmaq üçün hamının səsini artırıblar. Mən o məntəqələri onsuz da udmuşam, amma şişirdilmiş rəqəmləri qəbul edəsi deyiləm”.