logo

Prezident İlham Əliyev İrana səfər edəcək 

21:54 10-02-2020 | icon 2275
Prezident İlham Əliyev İrana səfər edəcək 

Yaxın günlərdə prezident İlham Əliyevin Tehrana səfəri planlaşdırılır. 

YeniAvropa xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə  fevralın 10-da Bakıda "Boulvard" hoteldə  İranın İslam İnqilabının 41-ci ildönümü münasibətilə təşkil edilən rəsmi qəbulda çıxışı zamanı məlumat verib. 

"Böyük sevinc hissi ilə diqqətinizə çatdırıram ki, yaxın günlərdə Azərbaycan Respublikasının möhtərəm prezidenti cənab İlham Əliyev İran İslam Respublikasının möhtərəm prezidenti cənab Doktor Həsən Ruhaninin dəvəti ilə Tehrana səfər edəcəkdir",-deyə diplomat  qeyd edib.