logo

24-cü Dairənin favoriti Eldar Əliyevin təşviqat kampaniyası uğurla sona çatıb

21:52 07-02-2020 | icon 840
24-cü Dairənin favoriti Eldar Əliyevin təşviqat kampaniyası uğurla sona çatıb

Fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə  24 saylı Nizami I Seçki Dairəsindən namizəd Eldar Elxan oğlu Əliyevin təşviqat kampaniyası uğurla sona çatıb.  

 YeniAvropa xəbər verir  ki, fevralın 7-də Eldar Əliyev Nizami rayonunun Keşlə qəsəbəsində seçicilərlə silsilə görüşlər keçirib. Görüşlərdə Eldar Əliyevin seçki qərargahının üzvləri qəsəbə sakinlərini  deputatlığa namizədin seçki platforması ilə tanış ediblər. Qəsəbə sakinləri Eldar Əliyevi mehribanlıqla qarşılayıblar.  Görüşdə keşləli seçicilər fevralın 9-da hamılıqla seçki məntəqələrinə gedib öz sakinlərinə -Eldar Əliyevə səs verəcəklərini 
bildiriblər.