logo

Sabah Bakıda 11° isti olacaq

14:51 07-02-2020 | icon 2205
Sabah Bakıda 11° isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında səhər və axşam havanın əsasən yağıntılı olacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, axşam güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7°, gündüz 8-11° isti, Bakıda gecə 5-7°, gündüz 9-11° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 752 millimetr civə sütunundan 757 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə və gündüz 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 10-15° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacağı bildirilir.