Son iki həftədə 12 avtoxuliqan həbs olunub
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar yeniyetmələr və gənclər arasında avtoxuliqanlıq edənlərin sayının artması ilə əlaqədar sürücülərə, valideynlərə müraciət ünvanlayıb.
YeniAvropa xəbər verir ki, müraciətdə son dövrdə respublika ərazisində avtoxuliqanlıq edən yeniyetmə və gənclərə tez-tez rast gəlindiyi qeyd olunub. Diqqətə çatdırılıb ki, həmin gənclər valideynlərinə məxsus və ya icarəyə götürülən avtomobillərlə yollarda ictimai asayişi pozaraq digər hərəkət iştirakçılarına təhlükə yaradır, qanunazidd hərəkətlərini videoya çəkib sosial şəbəkələrdə yayırlar.
Yol polisi həmin gənclərin və yeniyetmələrin valideynlərini övladlarına qarşı diqqətli olmağa, onların sosial şəbəkə hesablarını mümkün qədər nəzarətdə saxlamağa çağırır. Bundan əlavə, DYP bildirir ki, valideynlər şəxsi avtomobillərini sürücülük hüququ olmayan övladlarına etibar etməklə təkcə yol hərəkəti qaydalarını pozmur, övladları ilə yanaşı, digər şəxslərin də həyatı üçün real təhlükə yaradırlar.
“Son günlər yeniyetmələrin törətdikləri qəzalarla bağlı televiziya ekranlarında yayımlanan görüntüləri yəqin ki hamı izləyib. Gənclərimiz və onların valideynləri də bilməlidirlər ki, yol polisi nəinki yollara, eləcə də sosial şəbəkələrə nəzarət edir. Sosial şəbəkələrdə aşkar olunan bu cür faktlar dərhal DİN rəhbərliyi tərəfindən nəzarətə götürülür və avtoxuliqanlıq hərəkətlərinə yol verən sürücülərin şəxsiyyəti müəyyənləşdirilərək qanunvericilik çərçivəsində barələrində müvafiq tədbirlər görülür. Son iki həftədə respublika üzrə 12 avtoxuliqan məhkəmə qərarı ilə inzibatı həbs cəzasına məhkum olunub. Onların arasında sürücülük hüququ olmayan yeniyetmələr də var. Həmin şəxslərin valideynlərinə xəbərdarlıq olunub.
Yol polisi digər valideynlərə də bu məsələdə diqqətli olmağı tövsiyə edir. Bu cür hərəkətlər cəmiyyətdə xoş qarşılanmır, ətrafdakıların həyatı təhlükəyə məruz qalır və yol-nəqliyyat hadisələri nəticəsində övladlarınız ağır xəsarət ala və ya dünyasını dəyişə bilər. Ona görə valideynlər ağır fəsadlar baş vermədən vaxtında övladlarının bu cür hərəkətlərinin qarşısını almalıdırlar. Əks halda, yol polisi onlara qarşı daha ciddi tədbirlər görəcək”, - deyə müraciətdə xəbərdarlıq edilib.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır