logo

Parlament seçkilərində 1321 namizəd mübarizə aparacaq

10:51 06-02-2020 | icon 2205
Parlament seçkilərində 1321 namizəd mübarizə aparacaq

Azərbaycanda fevralın 9-na təyin edilmiş parlament seçkilərində 1321 deputatlığa namizəd mübarizə aparacaq

YeniAvropa "secki-2020.az" saytına istinadla bildirir ki, seçkilərdə iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən 315 nəfəri namizədliyini geri götürüb, MSK 1 nəfərin namizədliyini ləğv edib.

Qeyd edək ki, fevralın 5-də Mərkəzi Seçki Komissiyası 46 saylı Şirvan dairə seçki komissiyasının Rəşad Camalovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərarını ləğv edib.