logo

İstanbul hava limanında təyyarə qəzasında 3 nəfər ölüb, 179 nəfər yaralanıb

23:21 05-02-2020 | icon 2436
İstanbul hava limanında təyyarə qəzasında 3 nəfər ölüb, 179 nəfər yaralanıb

İstanbulun Sabiha Gökçən hava limanında baş verən təyyarə qəzasında ölənlərin sayı 3 nəfərə çatıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca söyləyib.

O bildirib ki, son məlumatlara görə qəzada 179 sərnişin yaralanıb.

İlkin məlumata görə, qəza hökm sürən əlverişsiz hava şəraiti səbəbindən baş verdiyi ehtimal edilir.

Qeyd edək ki, qəzaya uğramış təyyarədə Türkiyə ilə yanaşı, ABŞ, Çin, İraq və digər ölkələrin vətəndaşları olub. Yaralananlardan biri də azərbaycanlıdır. Bu barədə ölkəmizin İstanbuldakı Baş konsulluğundan məlumat verilib.

Xatırladaq ki, İzmirdən İstanbula uçan sərnişin təyyarəsi Sabiha Gökçən hava limanında sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb.